DÇ-2022: Avropa zonası üzrə format təsdiqlənib

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin formatı təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, UEFA-nın İcraiyyə Komitəsinin bugünkü yığıncağında qarşıdakı tsikllə bağlı qərar verilib.

Seçmə mərhələdə quruma üzv olan 55 ölkə 10 qrupa bölünəcək. Bunlardan beşində 5, beşində 6 yığma yer alacaq.

10 qrup qalibi Qətərdəki çempionata birbaşa vəsiqə qazanacaq. Digər 3 vəsiqənin sahibi isə pley-offda bilinəcək.

Qeyd edək ki, 32 komandanın mübarizə aparacağı DÇ-2022 noyabr-dekabr aylarında keçiriləcək. 5 şəhərin 8 stadionunda təşkil olunacaq yarışın həlledici görüşü dekabrın 18-də baş tutacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar