İsmayıllıda 8 aylıq hamilə qadın ölüb

İsmayıllıda ana olmağa hazırlaşan qadın dünyasını dəyişib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Talış kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü İbrahimova Nərminə Arif qızı yaşadığı evin hamam otağında çimərkən qəfildən halı pisləşib və yerə yıxılıb.

Ailə üzvləri onu halsız vəziyyətdə təcili tibbi yardım xidməti ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

8 aylıq hamilə olan Nərminə İbrahimovanın ölümünün səbəbləri ilə bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar