VİLAYƏT QULİYEV SABİQ NAZİRİ OĞURLUQDA İTTİHAM ETDİ - "Əli çax-çuxdan çıxan keçmiş həmkarım..." (Yenilənib)

“Deyəsən son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım, sabiq rabitə naziri Nadir Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. Mənim 2008-ci ildə "525-ci qəzetdə" çap olunmuş "Türk ordusunun azərbaycanlı generalları" adlı məqaləmi sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə 2009-cu ildə "Elm və Təhsil" nəşriyyatında çıxan "İblis xislətli erməni" kitabına, sonra da özünün www.nadir-ahmedov.com saytına yerləşdirib”.

Modern.az-ın məlumatına görə, bu ittihamla Azərbaycanın Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev çıxış edib.

O bildirib ki, google-da axtarış verəndə bir sətrini də yazmadığı uzun zəhmət və axtarışların bəhrəsi olan bu araşdırma-yazı Nadir müəllimin "əsəri" kimi təqdim olunur.

“Məqalədə haqqında danışılan general-polkovnik Mehmet Nuri və ordu generalı Mahmud Berköz (Sarıkərimli) qardaşları əslən şəkili olduqları üçün yəqin Nadir müəllim elə hesab edir ki, bu mövzudan yazmaq başqa bölgədən olan bir kimsənin işi deyil, yalnız onun şəninə şayandır. Amma yeni peyda olmuş "qocaman ədib" heç olmazsa köhnə şəkili kimi vətəninin övladlarından söz açan yazıya bir-iki məhəlli ştrix əlavə eləsəydi, yenə də dərd yarı idi... Görünür, "Oğrudan oğruya halaldır" prinsipi ilə hərəkət edən Ülviyyə Tahirqızı adlı bir xanım da eyni yazını başlığını da dəyişmədən "Xalq cəbhəsi qəzeti"ndə öz araşdırması kimi çap etdirib (bax. "Türk ordusunun azərbaycanlı generalları", "Xalq cəbhəsi qəzeti", 25 aprel 2014-cü il, www.xalqcebhesi.az.news.accident) Əcəb işdir! Adam bilmir qocasından rəncidə olsun, yoxsa cavanından incisin! Yəqin ki, ən salamat yolu oxucu sayını artırdıqlarına görə bu "müəlliflərə" təşəkkür etməkdir”.

***

Sabiq Rabitə naziri Nadir Əhmədov Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin məqalə oğurlamaqla bağlı ittihamlarına münasibət bildirib.

N. Əhmədov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, onun Vilayət Quliyevə böyük hörməti var: “O, yaradıcı insandır. Xətrini çox istəyirəm. Niyə, bu fikrə gəldiyini deyə bilmərəm. Yazdıqları ilə tanış olandan sonra fikrimi deyəcəm”.

635x100

Şərhlər

vidadi 2019-12-14 09:24:39

nadirin vaxtinda evime telefon cekmek ucun 600 manat rushvet aldilar

Süleyman 2019-12-06 17:17:20

Hörmətli azpolitika sizin səhifənizdə çap olunan yazı həqiqəti əks elətdirmir.Yazılanlar Azərbaycan Respublikasının rabitəsinin inkişafında müstəsna rolu olan dövlət xadimi haqqında böhtandır.Səfir V.Quliyevin istinad elədiyi "iblis xislətli erməni" kitabının 87-ci səhifəsini sizə təqdim edirəm.Bunu bir cavab kimi Vilayət müəllimə göndərəsiniz.Bəlkə ermənilər haqqında yazılan fikirlər Vilayət müəllimin xətrinə dəyib,açıqlama gətirsə yaxşı olardı.Səfirin işlətdiyi çapovulçuluq, çax-çux sözləri ədəbi dilimizə, həmçinin,bir diplomatın işlədəcəyi ifadə deyil, ona şərəf gətirmir,

Süleyman Əhmədov 2019-12-06 17:15:30

Hörmətli azpolitika sizin səhifənizdə çap olunan yazı həqiqəti əks elətdirmir.Yazılanlar Azərbaycan Respublikasının rabitəsinin inkişafında müstəsna rolu olan dövlət xadimi haqqında böhtandır.Səfir V.Quliyevin istinad elədiyi "iblis xislətli erməni" kitabının 87-ci səhifəsini sizə təqdim edirəm.Bunu bir cavab kimi Vilayət müəllimə göndərəsiniz.Bəlkə ermənilər haqqında yazılan fikirlər Vilayət müəllimin xətrinə dəyib,açıqlama gətirsə yaxşı olardı.Səfirin işlətdiyi çapovulçuluq, çax-çux sözləri ədəbi dilimizə, həmçinin,bir diplomatın işlədəcəyi ifadə deyil, ona şərəf gətirmir.Onun cavabından belə nəticəyə gəlmək olur ki, ermənilərlə yox azərbaycanlılarla mübarizə aparır.O yazısında Azərbaycanın bölgələri arasında qarşıdurma yaratmaq istəyib.Ayıbdır cənab səfir.

Ilqar 2019-12-06 14:21:18

Mən hörmətli Vilayət müəllimdən bu cür cılız fikirlər eşitdiyimə və ən azından özündən böyüklərə qarşı belə hörmətsizliyə görə çox üzülürəm.

Cavan 2019-12-06 2019-12-06 09:45:43

Vilayət Quliyevin davranış tərzi nə əvvəl xarici işlər naziri işləmiş şəxsə,nədə səfirə yaraşmır.Yəqin siz özünüz rüşvət almısınız ki başqasını bu işlə təqsirləndirirsiniz.Nadir Əhmədovun nücə insab olmasını Azərbaycan xalqı yaxşı xatırlayır. Sizin kimiləri kim xatırlayacaq. hazırkı səfirə yaraşmır.Əli çax-çuxdan çıxmış nə deməkdir?N.Əhmədovu siz rüşvəxt almaqla ittiham edirsiniz sübutsuz,dəlilsiz.Yəqin

İ.Mustafaoğlu 2019-12-05 15:46:44

- Nadir müəllimin dövründə Rabitə nazirliyində dəmir intizam var idi, vətəndaşların şiayətlərinə vaxtında qanuni qaydada araşdırılardı və müsbət həll olunardı. Vilayət müəllim indi vətəndaşların müraciətlərinə əhəmiyyət verilmir, qanunsuz, təhrif olunmuş cavab verməklə vətəndaşı dövlətdən narazı salmağa çalışırlar... Cənab səfir belə halların müqayisəsindən yazın....

Aqa 2019-12-05 11:34:36

Hör.Vilayət müə.SİZİN kimi bir alimdən başqa nə oqurlaya bilərdilər.PUL-QIZIL-yox SARAY-RESTORAN-ZAVOD-FABRİKİN-YOX bəs bu yazıqlar nə oqurlasın.OQURLUQ İNDİ MODDADIR.

Son yazılar