“Gizli inflyasiya 10 faizin üzərindədir” - İqtisadçı ekspert

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasına görə, dekabrın 1-nə inflyasiya ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz az olub, həmin tarixə olan illik hesablamada pul bazasının həcmi isə 18,8 faiz artıb. 

Belə ki, noyabrın sonuna Azərbaycanda pul kütləsi 10 mlrd. 674 mln. 500 min manat təşkil edib. İlin əvvəlindən pul kütləsinin artımı 1 mlrd. 128 mln. 800 min manat, yaxud 11,8 faiz, illik hesablamada isə artım 1 mlrd. 689 mln. 300 min manat, yaxud 18,8 faiz olub. Məlumat üçün qeyd edək ki, 2018-ci ildə pul bazasının artımı 12 faiz və ya 1002,5 milyon manat təşkil edib.

Mərkəzi Bankın məlumatlarını şərh edən iqtisadçı ekspert, Rutgers Universitetinin professoru Qubad İbadoğlu bildirib ki, rəqəmlərdən göründüyü kimi cari ildə pul bazası daha sürətlə artır. Ekspert qeyd edib ki, iqtisadi qanunauyğunluğa görə pul bazasının artımı ÜDM-in atımdan çox olanda monetar amillərin inflyasiya yaradıcı təsirləri güclənir: “Cari ilin 10 ayının yekunlarına görə, illik hesablamada pul bazasının artımı ÜDM-in artımını 9 dəfə çox olduğu halda inflyasiyanın ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, eyni səviyyədə qalması Dövlət Statistika Komitəsinin bu göstəricini saxtalaşdırmasından xəbər verir. Belə çıxır ki, pul kütləsi sürətlə artır, inflyasiya sabit qalır, bu isə düz mütənasiblik təşkil edən iki göstəricidən birinin düzgün hesablanmamasının nəticəsi ola bilər”.

Q.İbadoğlunun sözlərinə görə, bu, düzgün hesablanmayan və manipulyasiya olunan inflyasiya göstəricisidir: “Həmişə olduğu kimi rəsmi hesabatlarda yenə də inflyasiya aşağı göstərilir. Halbuki, müşahidələr göstərir ki, qiymətlər ötən illə müqayisədə daha sürətlə artır, xüsusilə də əhalinin istehlakında daha yüksək çəkiyə malik olan ərzaq məhsullarının qiyməti bahalaşır. Əslində pul bazasının artımını əmək haqları və sosial ödənişlər, eləcə də istehlak kreditləri şərtləndirdyindən onun inflyasiyaya təsiri daha çoxdur. Odur ki, heç şübhəsiz, Azərbaycan bu il üçün gizli inflyasiya 10 faizin üzərindədir.

Bütün bu göstəricilər Azərbaycan iqtisadiyyatının yaxşı durumda olmadığından xəbər verir. Gözləntilərə görə, gələn il iqtisadiyyat və əhali üçün ağır il olacaq”.

AzPoltika.info

635x100

Şərhlər

Nə isə...))) 2020-01-20 18:07:30

Ə, bə “professor” pul multiplikatorundan danışeyr, onu əsaslandıreyr, ə bə nə təər oleyr pul kütləsi ilə pul bazasını fərqləndirmeyr, hıy???....))))))))))))))

pərvin 2019-12-22 17:13:52

pul kütləsi və pul bazası arasında fərqi birinci bil, sonra danış ay "professor"

********* 2019-12-05 18:53:22

Sitat....”Azərbaycan bu il üçün gizli inflyasiya 10 faizin üzərindədir”.....professor, gizli inflyasiya və inflyasiyanın qəsdən səhv hesablanması fərqli anlayışlardır, əlifbadır bu.....))))) Dövriyyədə olan pul kütləsinin artımı ilə inflyasiya gözləntiləri artır, valyuta bazarına təzyiqlər artır – bəli, ancaq, əgər iqtisadiyyatda məzənnə sabit saxlanılırsa, qiymətlər sürətlə arta bilməz ....)))))) ələlxüsus əgər iqtisadiyyatda inhisarçılıq müyllərində zəifləmə varsa. Başqa sualdırki, məzənnəni nə vaxta qədər sabit saxlamaq olacaq...

ceyhun babeksoy 2019-12-05 18:35:37

Bu məqalədən görsənir ki, məqaləni yazanlar və özünü ekspert hesab edən şəxs marketlərə baş çəkmir və qiymətlərdən xəbərsizdir. Ölkənin böyük hissəsinin əhalisi və istehlakçıları Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhərlərində yerləşir. Bu şəhərlərdə isə bir biri ilə rəqabət aparan iri marketlər şəbəkələri fəaliyyət göstərir. Mən ancaq bu marketlər şəbəkələrindən alış veriş edirəm. Bu marketlərdə hər ay ən azı 2-3 dafa böyük endirimlər olur və hər bir şəxs bu endirimlərdən bəhrələnir. Bundan başqa, bu il mən kərə və digər bitki yağlarını, kartofu, soğanı, mandarini, keçən ili ilə müqayisədə daha aşağı qiymətə alıram.

********* 2019-12-05 18:34:26

Sitat ....”Belə çıxır ki, pul kütləsi sürətlə artır, inflyasiya sabit qalır, bu isə düz mütənasiblik təşkil edən iki göstəricidən birinin düzgün hesablanmamasının nəticəsi ola bilər”....)))))) düz mütənasiblik təşkil edən parametrlər sırasından birini yaddan çıxarıbsan - dövriyyədə olan pul kütləsinin dövr etmə sürətini, Azərbaycan üçün isə bu, çox önəmli sualdır, ehtiyat pullar artdıqca, dövriyyədə olan nağd pul kütləsi də artır və banklar multiplikasiya alətindən səmərəli istifadədən kənarda qalırlar. İnflyasiyanın cari səviyyəsi çox güman ki, düz hesablanıb, istehlak bazarında qiymətlərdə də elə artım müşahidə olunmur, səbəbidə aydındır - əhalinin əsas hissəsinin aşağı alıcılıq qabiliyyəti. O ki, qaldı ehtiyat pulların sürətli artımı şəraitində ÜDM-in zəif artımına, bu, inflyasiyadan daha çox xəlvəti iqtisadiyyatın xarakteristikasıdır

Omer 2019-12-05 16:29:10

Infilyasiya gizli yox askari. Ancaq ehalinin yalandan sayan qurum, onuda gosteris uygun deyir..

semed seidov 2019-12-05 14:57:41

bu 2 qardas bayramovlar her seyden danisirlar ve danismaga hazildilar, deyesen ozderide inflyasiyaya ugrayiblar

Son yazılar