Tağıyevin İstanbuldakı villası rekord qiymətə satışa çıxarıldı - FOTO
Azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərindəki Böyükadada yerləşən tarixi villası satışa çıxarılıb. Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, rekord məbləğ-17 milyon lirə dəyərləndirilən 300 illik malikanəyə xeyli müştəri çıxıb.
Birinci dərəcəli tarixi abidə sayılan malikanə Osmanlı dövründə tikilib, sonra isə azərbaycanlı iş adamı Hacı Zeynalabdin Tağıyev tərəfindən alınıb. Villa ilin müəyyən aylarında messenatın nəticələri tərəfindən istifadə edilir. Ərazisi 2 miin 400 kvadratmetrdir. 5 otaq və 2 salondan ibarətdir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.