SABİQ NAZİRDƏN OĞURLUQ İTTİHAMINA REAKSİYA - "Xətrini çox istəyirəm"

Sabiq Rabitə naziri Nadir Əhmədov Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin məqalə oğurlamaqla bağlı ittihamlarına münasibət bildirib.

N. Əhmədov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, onun Vilayət Quliyevə böyük hörməti var: “O, yaradıcı insandır. Xətrini çox istəyirəm. Niyə, bu fikrə gəldiyini deyə bilmərəm. Yazdıqları ilə tanış olandan sonra fikrimi deyəcəm”.

Qeyd edək ki, səfir V. Quliyevin iddiasına görə, Nadir Əhmədov onun 2008-ci ildə “525-ci qəzetdə” çap olunan “Türk ordusunun azərbaycanlı generalları” adlı məqaləsinin sərlövhəsini bir sözünü də dəyişmədən əvvəlcə “İblis xislətli erməni” kitabında, daha sonra öz saytında yerləşdirib.

635x100

Şərhlər

İ.Mustafaoğlu 2019-12-05 15:58:28

Nadir Əhmədov nazir işlədiyi dövrdə, öz xidmətləri ilə dövlətinə və xalqına sədaqətli olmasının möhürünü vurub. İndi o nazirlikdən əsar-əlamət qalmayıb, rabitəçinin iş fəaliyyətini araşdırıb tədbir görmək əvəzinə,məmurun sifarişinə önəm verərək dövlətini sevən peşəkar rabitəçini məhv edərək vətəndaşın dövlətə olan inamına zərbə vururlar..Rabitə Nazirliyində insan faktoruna qiymət qoymayırlar, əsassız yazışmalara üstünlük verirlər..Rabitəçi indi bilmirki dərdini kimə desin.....?n

Son yazılar