PARLAMENT BURAXILDI, NÖVBƏDƏNKƏNAR SEÇKİLƏR ELAN EDİLDİ - Prezidentdən sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717 VQR nömrəli Qərarını və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981 ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılsın.

2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edilsin.

635x100

Şərhlər

eloqlu 2019-12-06 05:23:04

Kimi seciller hiyyy ?

Millət 2019-12-05 18:39:23

tragedik komediya

Arzu 2019-12-05 17:36:59

Yalnız indi namizədlər irəli sürülə bilər.Amma Siyavuş No[vruzov həmişəki kimi bir ay əvvəl siyahinin onda olduğunu yazmışd.Bəs bu necə olur? Yenə siyahi deputatlar?

Vətəndaş 2019-12-05 16:49:24

Vətənə millətə xeyirli olsun!

Son yazılar