Prezidentlə xanımı Şamaxıda ağac əkdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev aksiya barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində, ümumilikdə, 83 şəhər və rayonda 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulur. Ağacların hamısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarında yetişdirilib. Aksiya ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların əkiləcəyi ərazilərin elektron xəritəsi hazırlanıb. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən ərazilərdə müvafiq hazırlıq işləri görülüb. Əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemindən və suvarma kanallarından istifadə olunacaq.

Qeyd edilib ki, Şamaxı rayonundakı ağacəkmə aksiyasında 50 minədək ağacın əkilməsi nəzərdə tutulub. Şamaxı şəhərinin girişindəki ərazidə keçirilən aksiyada isə 5 min ağac əkilib. Bu ərazinin relyefinə uyğun olaraq burada əsasən tuya və Eldar şamı ağacları əkilib. Burada əkilən ağaclar ilə "Nəsimi 650" yazısı formalaşdırılacaq. Aksiyada 300-dək şamaxılı gənc və könüllü ilə yanaşı, IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin üzvləri də fəal iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağac əkiblər.

Sonda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aksiyada iştirak edən gənclərlə xatirə şəkilləri çəkdiriblər.

635x100

Şərhlər

doktor Fuad 2019-12-06 18:26:35

Prezident və xanımı ağac əkir, Buzovna qəsəbə Nümayəndəliyinin rəhbəri Balaş Cəmilzadə 16 oktyabr tarixində 14 saylı xəstəxananın qəbul şğbəsinə gedən yolda vəhşicəsinə çıxarıb atdığı sərv ağaclarının yerinə həmin növ ağaclar əkmək istəmir. Cəmi beş ağac əkib və törətdiyi cinayəti ört-basdır etmək üçün çıxarıb atdığı ağacların yerini doldurtdurub. Bu biabırçılıqdır! Balaş törətdiyi vəhşiliyin fəsadlarını aradan qaldırmalıdır!

Son yazılar