Energetika Nazirliyi yenidən Hökumət Evində fəaliyyət göstərəcək

Energetika Nazirliyi Bakının Heydər Əliyev prospekti, 152 ünvanındakı “Çinar Plaza” biznes mərkəzini tərk edir.

“Report”un əldə etdiyi məlumata görə, nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərəcək.

Artıq qurumun bəzi şöbələrinin yeri dəyişdirilib. Mərhələlərdə həyata keçirilən köçmə prosesi gələn ay başa çatacaq.

Xatırladaq ki, Hökumət Evinin 2-ci və 9-cu mərtəbələri Energetika Nazirliyinə məxsus olub. Həmin mərtəbələrdə aparılan təmir işləri ilə əlaqədar nazirlik “Çinar Plaza”nın 12, 14 və 16-cı mərtəbələrinə köçmüşdü.

635x100

Şərhlər

Məlumatlı 2019-12-06 16:55:41

Nazir Şahbazov „orkat“ əməliyyatından yaxşıca pul tutdu

Son yazılar