İran Azərbaycanla kosmik sahədə əməkdaşlıqda maraqlıdır

İran Azərbaycanla kosmik sənaye sahəsində əməkdaşlıqda maraqlıdır.

"APA-Economics"in məlumatına görə, bunu İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi “Bakutel 2019” sərgisi çərçivəsində “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevlə görüşü zamanı bildirib.

Nazir qeyd edib ki, gələcəkdə iqtisadiyyatın böyük hissəsi kosmik sektorla bağlıdır: "Bu bazarda mövqeyimizin istehlakçı və ya istehsalçı olacağımızı təyin etməliyik".

Bundan əlavə, iranlı nazir bildirib ki, İran Kosmik Agentliyi Azərbaycan Milli Aerokosmik Agentliyi ilə qarşılıqlı əməkdaşlıq üçün zəmin yaratmağa hazırdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar