Türkiyə ABŞ-la yaranmış ziddiyyətləri aradan qaldırmaqda maraqlıdır

Türkiyə Rusiyadan “S-400” raket sistemlərinin idxalı səbəbindən ABŞ-la yaranan ziddiyyətləri diplomatik yollarla aradan qaldırmaqda maraqlıdır.“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

O, Rusiya raketlərini təhlükəsizliklərini təmin etmək üçün əldə etdiklərini dilə gətirib: “Bu, bizim suveren hüququmuzdur”. XİN rəsmisi həmçinin əlverişli şərtlər yaranarsa ABŞ-dan “Patriot” raketlərini idxal etməyə də hazır olduqlarını qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar