"ERMƏNİLƏR BAKIDA" VİDEOSUNU ÇƏKƏNLƏR TAPILDI - Gürcüstan azərbaycanlılarıdır (VİDEO)

2019-cu ilin noyabr ayının 2-də sosial şəbəkələrdə Bakının Səbail rayonu, Dənizkənarı bulvar ərazisi boyunca guya, milliyətcə erməni olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışması, qeyri-etik ifadələr işlətmələri ilə bağlı videogörüntü yayılıb.

Bununla bağlı "Ermənilər Bakıda" başlığı ilə paylaşılan video geniş müzakirələrə səbəb olub.

Araşdırma nəticəsində məlum olub ki, videodakı şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Onlar həmin vaxt toy mərasimində iştirak etmək üçün Bakıya gəliblər. Sözügedən videogörüntü də həmin ərəfədə lentə alınaraq paylaşılıb. Bunu özləri etiraf ediblər.

"AzPolitika.info"  bununla bağlı "İctimai TV"-də efirə gedən süjeti təqdim edir: 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar