Yaxın Şərqə əlavə ordu hissələri göndəriləcəkmi? - Pentaqondan açıqlama

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, KİV-də guya, Amerika Btrləşmiş Ştatları (ABŞ) hakimiyyətinin Yaxın Şərqə 14 min hərbi qulluqçu göndərməyi planlaşdırdığı barədə yayılmış xəbərləri Pentaqon təkzib edib.

İdarənin mətbuat katibi Ulissa Farax «Tvitter» şəbəkəsində yazıb ki, «Wall Street Journal» nəşrində bu barədə dərc olunmuş material həqiqətə uyğun deyil.

Xatırladaq ki, bundan əvvəl Amerika KİV-ləri xəbər vermişdilər ki, ABŞ administrasiyası İrana qarşı durmaq üçün Yaxın Şərqə 14 min hərbçi, onlarla gəmi və digər texnika göndərə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar