Ərdoğan Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub

Rusiyanın Türkiyədəki səfirliyi 2020-ci ilin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəvət məktubu göndərib.

“Report” xəbər veir ki, bu barədə “İzvestiya” qəzeti səfirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Türkiyə Prezidentinə ünvanlanan dəvətnamə müəyyən edilmiş qaydada təhvil verilib. Qərarı gözləyirik”, - deyə, səfirlikdən bildirilib.

Türkiyə prezidentinin administrasiyası və bu ölkənin Moskvadakı səfirliyi dərc olunan xəbərə münasibət bildirməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar