Etibar Məmmədovdan növbədənkənar seçki açıqlaması

“Parlament seçkilərində iştirak etmək niyyətində deyiləm”.

Bu sözləri Modern.az-ın sualına cavab olaraq, Azərbaycan Milli İstiqlal Partiyasının (AMIP) lideri Etibar Məmmədov söyləyib.

Qeyd edək ki, dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisi buraxılıb, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Bundan sonra Milli Məclisə namizədlik uğrunda mübarizə aparacaq şəxslərin siyahısında Etibar Məmmədovun da adı qeyd edilirdi. Onun parlament seçkilərində namizəd olacağı haqqında iddialar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar