NEFT HARADADIRSA – BİZ DƏ ORADAYIQ - Tramp bəyan edib...
«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, qardaş ölkənin prezidenti Rəcəb Tayyip Ərdoğan dekabrın 4-də NATO sammiti çərçivəsində Londonda Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampla planlaşdırılmamış görüş keçirib.
Danışıqlar «The Grove» otelində mətbuat üçün bağlı rejimdə keçib və 30 dəqiqə davam edib. Bu barədə «Anadolu» agentliyi xəbər verib.
Görüşün nəticələrinə əsasən, Tramp Türkiyə lideri ilə görüşü «əla» adlandırıb: «Biz, bütün məsələləri müzakirə etdik. Bu, əla görüş idi» - Ağ Evin başçısı deyib.
«Biz, Suriyanı, kürdləri müzakrə etdik. Sərhəd və Suriyada təhlükəsizlik zonası mövzuları da müzakirə olundu. Mən, bu məsələdə Türkiyəyə çox inanıram. Atəşkəs (Suriyanın şimal-şərşində – Red.) davam edir. Düşünürəm ki, insanlar buna çox təəccülənirlər» - Tramp deyib.
Bununla yanaşı ABŞ prezidenti qeyd edib ki, Türkiyə və Suriya sərhədində «qarışıqlıq» artıq uzun müddətdir ki, davam edir. «Biz, ordunu çəkdik və nefti əldə etdik. Neft haradadırsa, hərbçilər də oradadır. Mən, belə istəyirəm. Türklər öz sərhədlərində patrul xidməti aparacaqlar və aparılar da» - deyə, Tramp fikirinə yekun vurub.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.