Miqrantlara qarşı heyrətamiz dələduzluq - Saxta sərhəd-keçid məntəqəsi yaratdı...

Rusiyada Finlandiya sərhədi yaxınlığındakı meşəlik ərazidə saxta sərhəd sütunları ucaldan və işçi miqranları gizli yolla AB ərazisinə keçirəcəyinə söz verən şəxs saxlanılıb.

Bir neçə saxta sərhəd sütunu quraşdıran dələduz ötən həftə Finlandiyaya keçirmək üçün cənubi Asiyadan olan dörd kişidən adambaşına 10 min dollardan çox pul alıb. Bu barədə Rusiya Sərhəd Xidmətinə istinadən “The Guardian” nəşri məlumat verib.

Qəzetdən bildirilir ki, adı açıqlanmayan həmin şəxs vədini yerinə yetirmək niyyətində olmayıb.

Rəsmi orqanlar fırıldaqçılığın qurbanı olmuş miqrantların hansı ölkədən olduqlarına dair açıqlama verməyib.

İnsan qaçaqmalçılığı ilə məşğul olan həmin şəxs Vıborqu rayonunda bir neçə sərhəd sütunu ucaldaraq saxta Rusiya-Finlandiya sərhədi yaradıb və miqrantları dolayı marşrutla aparıb. Onlar əvvəlcə maşınla, sonra piyada hərəkət ediblər. Bir dəfə də “hər ehtimala qarşı” şişmə qayıqda gölü keçiblər. Daha sonra beş nəfərin hamısı saxlanılıb.

Çərşənbə günü Sankt Peterburq məhkəməsi miqrantlara cəza verib. Zərərçəkmiş şəxslər daha sonra deportasiya ediliblər. Fırıldaqçı Mərkəzi Asiya vətəndaşıdır. Ona qarşı fırıldaqçılıq ittihamı irəli sürülüb.

Rusiya bir neçə AB ölkəsi ilə həmsərhəddir. Onun ərazisindən daha yaxşı həyat üçün Avropaya üz tutan çoxlu miqrant keçir. (Xpressa.net)

635x100

Şərhlər

Elli 2019-12-07 13:24:03

uşaqdakı fərasətə bax

Son yazılar