"Bütün cəmiyyət gərək öz vətəndaşlıq mövqeyini ortaya qoysun" - Məzahir Pənahov

“Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar tam hazır vəziyyətdədir və bələdiyyə seçkilərindən növbədənkənar parlament seçkilərinə harmonik və ahəngdar keçid edəcək”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Növbədənkənar parlament semkilərinə hazırlıqla bağlı AzTV-yə danışan komissiya sədri bildirib ki, artıq dekabrın 6-dan parlamentə növbədənkənar seçkilərə start verilib: “Milli Məclisin deputatı seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər. Parlament seçkiləri zamanı bizim 125 dairədə seçkilər həyata keçirilir. Prezident seçkilərinə nisbətən parlament seçkilərində işimiz biraz gərgin olur. Bələdiyyə seçkilərində isə bizim işimiz həm prezident, həm də parlament seçkilərinə nisbətən gərgin keçir. Çünki biz 1606 bələdiyyə üzrə seçkilər keçiririk. Təbii ki, prezident seçkiləri bütün ölkələrdə olduğu kimi bizdə də yüksək məsuliyyət və ciddi yanaşma tələb edən bir tədbirdir ki, bütün cəmiyyət gərək öz vətəndaşlıq mövqeyini ortaya qoysun”.

635x100

Şərhlər

Abdullayev 2019-12-07 17:40:56

.... cəmiyyətdən istəyi anlaşılan deyil!İkinci tərəfdən parlament seçkiləri ilə Prezident seçkisin qarışıq salma! Bu adam öz əməllərindən usanmadı?Hələ bir cəmiyyətə göstəriş vermək ağlına gəlib.Anlamır ki, cəmiyyətdə kifayət aədər ona nifrət var.

Son yazılar