Ağsaqqallar Şurası Ramin Əhmədovu təltif edib

Azərbaycan Ağsaqqallar Şurası “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədovu təltif edib.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olan Ramin Əhmədov səmərəli ictimai-siyasi fəaliyyətinə və göstərdiyi yüksək xidmətlərə görə, şuranın sədri, Milli Məclisin deputatı Fəttah Heydərov tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

Ramin Əhmədov həmçinin Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavinidir və rayonun ictimai-siyasi həyatında aktiv fəaliyyəti ilə seçilir. O, rayonda bir sıra xeyriyyə aksiyalarının təşkilatçısı və dövlət əhəmiyyətli tədbirlərin fəal iştirakçısı kimi tanınır.

“AzPolitika.info” R.Əhmədovu fəaliyyətinə verilən qiymət münasibətilə təbrik edir və ona uğurlar arzulayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar