NATO Rusiyanı düşmən və ya rəqib hesab etmir - Stoltenberq

Şimal Atlantika Alyansı rəsmi Moskvanı düşmən və ya rəqib hesab etmir.

“Report” xəbər verir ki, belə iddia ilə alyansın baş katibi Yens Stoltenberq CNN telekanalına müsahibəsində çıxış edib.

Rusiya Federasiyasının NATO-nun düşməni olub-olmaması barədə suala Stoltenberq belə cavab verib: "Biz rəqiblərin siyahılarını təşkil etmirik. Hesab etmirik ki, Rusiya bizim düşmənimizdir. Dünyanı rəqiblərə və dostlara bölmürük", - o, qeyd edib.

"Biz həmişə münasibətləri yaxşılaşdırmağa çalışırıq", - Stoltenberq deyib. "Rusiya – bu, “soyuq müharibə” zamanı mövcud olmuş Sovet İttifaqı deyil”, - o qeyd edib.

Bununla birlikdə alyans rəhbəri əlavə edib: "Biz görürük ki, Rusiya daha çox özünə güvənərək hərəkət edir, o qonşu dövlətə - Ukraynaya qarşı hərbi güc tətbiq edib”.

Qeyd edək ki, NATO-nun baş katibi bir neçə gün əvvəl Rusiyanın ittifaq üçün əsas təhlükə olduğunu bildirib. O, bildirib ki, Rusiya nüvə silahının müasirləşdirilməsi ilə məşğul olur, orta və kiçik mənzilli raketlərinin zərərsizləşdirilməsi haqqında müqaviləyə riayət etmir. Bundan başqa, NATO baş katibi rəsmi Moskvanı öz hərəkətlərində inadlı adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar