Dəm qazı ölümləri ilə bağlı cinayət işi başlanıb

Bərdədə və Qusarda 3 nəfərin dəm qazından boğulması faktları ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, Bərdədə 3 yaşlı azyaşlının yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə, Qusarda 15 yaşlı qızın dəm qazından boğularaq ölməsi faktı ilə bağlı isə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Bərdə şəhərində 3 yaşlı Hüseynli Ayşən Etibar qızı anası ilə birgə dəm qazından zəhərlənib. Uşaq ölüb, ananın vəziyyəti ağırdır.

Qusarda isə 2004-cü il təvəllüdlü Niftəliyeva Yeva Vahid qızı yaşadıqları evin hamam otağında dəm qazından boğularaq ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar