ATƏT PA-nın prezidenti Azərbaycanda aparılan son islahatları alqışlayıb

“Azərbaycanda aparılan islahatlar, gənclərin siyasi arenaya daxil olması böyük əhəmiyyət kəsb edir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının Prezidenti Giorgi Tsereteli Tbilisidə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan rəhbərliyi reallaşdırdığı islahatlar və dəyişikliklərlə demokratik prinsiplərə sadiqliyini nümayiş etdirir: “Bu dəyişikliklər, ilk növbədə, Azərbaycan xalqının maraqlarına cavab verməsinə diqqət çəkir”.

G.Tseretelinin sözlərinə görə, islahatlar deməyə əsas verir ki, Azərbaycanda seçiləcək yeni parlament daha enerjili və daha fəal olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar