"Suriyanın şimalında yaşayış məntəqələrinin inşasına başlamışıq" - Ərdoğan

Suriyanın şimalında - təhlükəsizliyin təmin olunduğu bölgələrdə Türkiyədən 370 minədək məcburi köçkün könüllü şəkildə qayıdaraq yerləşib.

“Report” AA-ya istinadən xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sosial işlər nazirlərinin İstanbulda keçirilən görüşünün açılışındakı nitqində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, hazırda Tel Abyad və Rasulayn arasındakı bölgədə ilkin mərhələdə yüz minlərlə sakini, sərhəd boyu zolaqdakı digər yerlərlə birlikdə 1 milyon insanı məskunlaşdıra biləcəkləri yaşayış sahələrinin inşası ilə bağlı çalışmalara başladıqlarını qeyd edib: "Hazırda Türkiyədə aralarında 3,65 milyon suriyalı və 350 min kürd olmaqla bütovlükdə 5,5 milyon məcburi köçkün məskunlaşıb. Bu baxımdan Türkiyə dünyada birinci yerdədir. Məcburi köçkünlərə 40 milyard dollardan artıq vəsait sərf etmişik. Bunun müqabilində Avropa İttifaqından cəmi 3 milyard dollar məbləğində yardım alınıb".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar