Azərbaycanın Gürcüstana yatırdığı sərmayələrin həcmi kəskin azalıb

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Gürcüstan iqtisadiyyatına 41,8 milyon ABŞ dolları həcmində investisiya yatırıb.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Hesabat dövründə Azərbaycan qonşu ölkəyə ən çox investisiya qoyan ölkələrin ilk 20-liyində yeddinci yeri tutub.

İllik müqayisədə Azərbaycanın Gürcüstanda yatırdığı sərmayələrin həcmində 153,2 milyon dollar və yaxud 78,5% azalma qeydə alınıb. Kəskin azalmaya əsas səbəb Gürcüstan ərazisində magistral qaz kəmərinin inşasının başa çatdırılmasıdır.

Bu ilin ilk doqquz ayı ərzində Türkiyə Gürcüstana 158,6 milyon dollar həcmində sərmayə qoyaraq qonşu ölkənin bir nömrəli investoru olub. İkinci yerdə İrlandiya (132,5 milyon dollar), üçüncü yerdə isə Böyük Britaniyadır (122,5 milyon dollar). Qeyd edək ki, 2018-ci ildə Azərbaycanın Gürcüstana qoyduğu investisiyaların ümumi həcmi 246,5 milyon dollar təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar