Putinlə Zelenskinin görüşü 1 saat 20 dəqiqə çəkib (FOTO)

Fransanın paytaxtı Paris şəhərində Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında baş tutan görüş bir saat 20 dəqiqə davam edib.

Rusiya Prezidenti Vladimir Putin "Norman Sammiti"nin nəticələrindən məmnun qaldığını bildirib.

***

Fransanın paytaxtı Paris şəhərində “Norman Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü başa çatıb.

“Report” xəbər verir ki, görüş təxminən iki saat 20 dəqiqə davam edib.

Görüşdə Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Ukrayna Prezidenti Vladimir Zelenski iştirak edib.

Qeyd olunub ki, ölkə rəhbərlərinin birgə mətbuat konfransı planlaşdırılıb.

Lakin bundan əvvəl Rusiya prezidenti Vladmir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüş başlayıb. Buna qədər Putin və Zelenski heç vaxt görüşməyib, yalnız bir neçə dəfə telefonla danışıblar.

Protokola əsasən görüş təxminən 45 dəqiqə davam etməlidir. Lakin Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıqlar vaxtla məhdudlaşmır.

Onun fikrincə, əsas məsələ iclasda Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə etməkdir.

Görüşdə iki ölkə arasında qaz məsələsinin müzakirə ediləcəyi barədə məlumat verilməyib.

635x100

Şərhlər

Mirzə AĞ 2019-12-10 01:22:43

"Normand dördlüyü"...

Son yazılar