Kürdəmirdə “Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurub öldürüb

Kürdəmir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon Xırdapay kənd sakini, 1968-ci il təvəllüdlü Xəlilov Əhliman Aydın oğlu işıq dirəyində işləyərəkən onu elektrik cərəyanı vurub öldürüb.

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar