“Silk Way Holding” yeni şirkət yaradıb

Vergilər Nazirliyi “Aviation Services Group” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportu, nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Teymur Məmmədovdur.

Bu şəxs həm də “Silk Way Holding” MMC-yə daxil olan 2 şirkətin rəhbərliyində təmsil olunur - “Silk Way Aviaşirkəti” MMC-nin direktoru, “Silk Way Insurance” ASC-nin isə Direktorlar Şurasının sədridir. Bütün bunlar yeni kommersiya qurumunun da adı çəkilən holdinqə məxsus olduğunu göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar