Elmira Süleymanovaya yeni vəzifə verilib

Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb.

"Report"un əldə etdiyi məlumata görə, indiyədək E.Süleymanova AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yarımştat baş elmi işçi vəzifəsində çalışıb.

Belə ki, Ombudsman kimi səlahiyyət müddəti başa çatdıqdan sonra o, Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi kimi işə götürülüb.

Neft-Kimya Prosesləri İnstitutundan "Report"a fakt təsdiqlənib.

Qeyd edək ki, E.Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1967-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə elmlər doktoru elmi dərəcələri alıb, 1982-ci ildə isə professor seçilib.

1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. Neft-kimya sintezi və incə üzvi sintez üzrə mütəxəssisdir. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.

E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın Ombudsmanı olub.

635x100

Şərhlər

Məftun 2019-12-10 21:12:29

pensiyaçının biri də artdı. Elmimiz nə gündə

O.B.N 2019-12-10 20:42:13

Labarotoriya hara insan haqları hara ?Ölkədə necəyəni bir hüquq mütəxəssisi yoxdur ombusman təyin edilə.

ƏLİYƏ 2019-12-10 20:02:55

Çox həqiqətə uyğun olan rəy yazmısınız.

Əli 2019-12-10 16:10:49

Elmlər akademiyası pensiyaçılar evidir? Daha oradan hansı elmi,texniki yeniliklər gözlənilə bilər? Yaxşı olardı oranın adını dəyişib pensiyaçılar evi qoyun.Heç olmasa həqiqətə bir az yaxın olsun.Bu adam yeriyə bilmir,ondan nə gözləyirsiniz? Getsin yüksək,layiq olmadığı pensiyasını alsın.Milətin iş qabiliyyəti yüksək olan 35 yşdan yuxarıları işə götürmürsünüz,bu 82 yaşlı qarıdan niyə əl çəkmirsiniz?

Son yazılar