Lavrov və Pompeo bir sıra beynəlxalq məsələləri müzakirə ediblər

ABŞ-da səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu ölkənin dövlət katibi Mayk Pompeo ilə görüşündə bir sıra beynəlxalq məsələlər müzakirə edilib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, hər iki dövlətin xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları, Əfqanıstan, Ukrayna, İran, KXDR-ə qarşı sanksiyalar məsələlərini, strateji hücum silahlarının ixtisarı, habelə digər məsələləri müzakirə ediblər. Lavrov və Pompeonun görüşündə xüsusən iki ölkə arasındakı əməkdaşlıq diqqət mərkəzində olub.

Rusiya XİN rəhbəri ABŞ dövlət katibini ölkəsinə rəsmi səfərə dəvət edib. Öz növbəsində ABŞ dövlət katibi dəvətə görə Rusiyanın XİN rəhbərinə təşəkkür edib. 

***

Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun görüşü başlayıb.

RİA Novosti xəbər verir ki, görüşün protokol hissəsi 1 dəqiqədən az çəkib.

Görüşdən sonra rəsmilərin mətbuata açıqlamalar verəcəkləri bildirilib.

Sergey Lavrovu ABŞ Prezidenti Donald Trampın da qəbul edəcəyi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar