BAKIDA DƏHŞƏT - "Shacman" iki tələbəni vuraraq öldürüb

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, “Shacman” markalı yük maşını işıqforun yaşıl işığında Biləcəri qəsəbəsi istiqamətində hərəkətini davam etdirərkən qəfildən tələbə olan bir qız və bir oğlan yolu keçmək istəyib. Nəticədə hər iki gənc yük maşınının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.

Şahidlərin sözlərinə görə, avtoqəza yolun işıqlandırılmaması səbəbindən baş verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar