Tramp Rusiyaya səfər təklifini nəzərdən keçirir - Lavrov

ABŞ prezidenti Donald Tramp faşizm üzərində qələbənin 75 illiyi münasibətilə gələn ilin mayında keçiriləcək tədbirdə iştirak etmək üçün Rusiya Federasiyasına səfər təklifini nəzərdən keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Prezident Putin bu ilin iyununda Yaponiyada G20 sammitindəki görüşdə Trampı Moskvada növbəti ilin 9 mayında Qələbə Günü münasibəti ilə keçiriləcək təntənəli tədbirə dəvət etdi. Bu gün prezidentin tapşırığı ilə mən bu dəvəti təsdiq etdim. Prezident Tramp onu nəzərdən keçirir", - Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı qeyd edib.

"Ümid edirik ki, əgər belə imkan yaransa, əlbəttə tam formatda ikitərəfli danışıqları keçirmək mümkün olacaq", - Lavrov əlavə edib.

Qeyd edək ki, Vaşinqtonda səfərdə olan Rusiya xarici siyasət idarəsinin rəhbəri ABŞ prezidenti, habelə Birləşmiş Ştatların dövlət katibi ilə görüşüb.

Ağ Evdən bildirilib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrovla danışıqlarda həmçinin Çinlə münasibəti müzakirə edib. Tramp Pekinlə "dürüst" ticarətə ehtiyac olduğunu vurğulayıb.

"Prezident Tramp və nazir Lavrov həmçinin Çinlə münasibətləri müzakirə edib. Prezident Çinlə dürüst və qarşılıqlı sərfəli ticarət ehtiyacını vurğulayıb", - Ağ Evdən qeyd edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar