Azərbaycanlı həkim dünyanın 6 nevroloqundan biri seçilib - 5,3 milyon avro mükafat alıb

Danimarkada yaşayan azərbaycanlı həkim, Dünya Baş Ağrıları Cəmiyyətinin sədri Məsud Aşina nüfuzlu Lundbeck Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb.

"Report"un məlumatına görə, bununla bağlı Danimarkanın Lundbek Fondunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, fond tərəfindən, ümumilikdə, dünyanın altı aparıcı nevroloqu ümumi dəyəri 232 milyon Danimarka kronu (30 milyon avrodan çox) məbləğində mükafatla təltif edilib. Onlardan biri də Danimarkada yaşayan azərbaycanlı həkim M.Aşinadır.

Qeyd edək ki, M.Aşina 1965-ci ildə Bakıda anadan olub. O, 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi vəzifəsində çalışır. Eyni zamanda, Danimarka Başağrısı və Nevrologiya mərkəzinin və İnsan Migren Araşdırmaları mərkəzinin rəhbəridir.

635x100

Şərhlər

Ruba 2020-06-18 10:09:01

Uzun òmur, fexr edirik

Arzu 2019-12-12 01:05:21

Aferin. Mashallah. Ugurlari bol olsun. Yerlimizin ugurlari bizi sevindirmeye bilmez. Kash burda olardi bizim de agrilarimiza elac ederdi.

Nizami 2019-12-11 18:52:26

Sevindirici uğurdur,fexr duyuruq.

Гумру Ондер 2019-12-11 15:54:34

Халал олсун.Шаныныз дюняйы гезсин!

Elnura 2019-12-11 12:26:16

Fexr edirik!

Son yazılar