"YAP-ın namizədlər siyahısında tanınmış simalar olacaq" - İcra katibi

"Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır".

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi-sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözləribə görə, YAP vaxtı çatanda öz siyahısını elan edəcək:

"Bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçirəcək. Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq. Bu, elə vaxt olacaq ki, gec olmayacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar".

635x100

Şərhlər

Gülər 2019-12-11 11:21:13

Hamının zəhləsini aparmış Nəsirov kimiləri?

Cavid Vəliyev 2019-12-11 11:19:47

Namizəd siyahi ilə olmaz! Hər bir namizəd ayrı-ayrılıqda kollektivlər tərəfindən irəli sürülərsə bu doğru və xalqın arzusu ilə olar ki. bu da namizədlərin seçildikdən sonra xalqa xidmətinə qulluq edər.Axı deputat xalqın qulluqçusu olmalıdır.hər hansı partiyanın yox!

Son yazılar