YAP rəhbərliyi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda onun məzarını ziyarət edib.

APA-nın xəbərinə görə, ziyarətdə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər. YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub.

635x100

Şərhlər

t.ədalət 2019-12-11 13:00:31

Bu səriştəsiz YAP-çıların mərhum prezident Heydər Əliyevin məzarını ziyasrət etməsi,əslində özlərinin gələcək karyerasına hesablanıb.Əgər onlar,doğrudan da heydərçi olsaydılar ölkənin indiki duruma düşməsinə səbəb olmazdılar.Özlərinin çapovulçuluq missiyalarını davam etdirmək üçün ,güman ki bu kadrlardan yaralanmaq istəyirlər.Necə ki Tağı Əhmədov böyük maliyyə oğurluğundan sonra özünə YAP-da mütəkkə tapıb mürgüləyir..

Son yazılar