“EuroHome”dakı yanğında xəsarət alan və tüstüdən zəhərlənənlər evə buraxılıblar

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğında xəsarət alan və tüstüdən zəhərlənənlərin durumuna aydınlıq gətirib.

"Report"un sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılan 4 nəfər və əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilən şəxs evə buraxılıb.

Qeyd edək ki, dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Təxminən, 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.

Hazırda araşdırma işləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar