ABŞ Avropaya 20 min hərbçi göndərir - Son 30 ilin ən kütləvi manevri

2020-ci ilin yazında ABŞ-dan Avropaya təxminən 20 min şəxsi heyətin və texnikanın göndərilməsi və NATO-nun şərq sərhədinə sürətli yerləşdirilməsi nəzərdə tutulur. “Reuters” agentliyi bu manevrləri Rusiyaya xəbərdarlıq adlandırır.

ABŞ 2020-ci ilin yazında “soyuq müharibə” başa çatdıqdan bəri Avropada ən böyük təlimini keçirməyi planlaşdırır. Bu barədə NATO-nun Belçikadakı hərbi qərargahında müttəfiq ölkələrin əməliyyatlarına rəhbərlik edən amerikalı general-mayor Berri Siquin (Barre R. Seguin) “Reuters” agentliyinə müsahibəsində bildirib. Təlim çərçivəsində Avropaya 20 min amerikalı hərbçi göndəriləcək. Əməliyyatların mərkəzi Almaniya olacaq.

Amerikalı əsgərlər Atlantik okeanı vasitəsilə Belçika və Niderlanda çatdırılacaq, sonra Almaniya ərazisini keçməklə Polşa və NATO-nun şərq sərhədləri boyu yerləşdiriləcəklər. ABŞ Silahlı Qüvvələri artıq Avropada yerləşdirilmiş Amerika qoşunlarına və NATO tərəfdaşlarının qüvvələrinə qoşulacaq. Beləliklə, təlimdə iştirak edən heyətin ümumi sayı 37 min nəfər olacaq.

Təlimin məqsədi Rusiyaya xəbərdarlıq olacaq: Krımın ilhaqına bənzər hadisələrin təkrarlanmasına yol verilməyəcək. Noyabrda NATO-ya üzv 11 ölkədən təxminən 4 min hərbçinin iştirakı ilə Litvada iki həftəlik təlim keçirilib. Manevrlərdə Litva qoşunları ilə yanaşı Almaniya, ABŞ və Böyük Britaniya bölmələri iştirak edib.

Litvanın Pabrade poliqonunda baş tutan təlimin məqsədi NATO-ya üzv ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyəti yaxşılaşdırmaq olub. İştirakçılar hücum və müdafiə əməliyyatlarının planlaşdırılmasını və yerinə yetirilməsini sınaqdan keçiriblər. (Tərcümə: xpressa.net)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar