Azərbaycan Avropa Şurasına dəvət göndərib

Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsi ilə əlaqədar Azərbaycan Avropa Şurasına rəsmi dəvət ünvanlayıb.

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S. Səmədov deyib ki, Milli Məclis sədrinin imzaladığı məktub Avropa Şurasının Prezidentinə təqdim edilib: “Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi də onu deyə bilərəm ki, biz bütün beynəlxalq təşkilatlara dəvət məktubları göndərmişik. Azərbaycan müşahidə missiyalarının Bakıya gəlməsi üçün tam açıqdır. Hesab edirik ki, bu, vacib məsələdir”.

Qeud edək ki, Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar