YAP üzvü olan MKİS rəisi namizədliyini irəli sürüb - Öz təşəbbüsü ilə

23 saylı Mənzil-Kommunal İstismar Sahəsinin (MKİS) rəisi bələdiyyə seçkilərinə qatılıb.

“Report”un məlumatına görə, MKİS rəhbəri Yasin Alıquliyev 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan 1962-ci il təvəllüdlü Yasin Alıquliyevin namizədliyi partiya tərəfindən deyil, öz təşəbbüsü ilə irəli sürüb.

Xatırladaq ki, YAP dəfələrlə üzvlərinə xəbərdarlıq edərək partiyanın siyahısından kənar namizədliklərini irəli sürməməyi tapşırıb.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar