“NAXÇIVANDA PARLAMENT BURAXILMAYIB” – Daimi Nümayəndəlikdən qəribə açıqlama

"Naxçıvanda parlament buraxılmayıb".

“AzPolitika.info” xəbər verir ki, bu qəribə açıqlamanı Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov verib.

Onun “Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı konkret münasibət bildirib” (!) qeydi ilə paylaşılan açıqlamasında bildirilir: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilər "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Prezidentin müvafiq sərəncamına əsasən, 2020-ci il fevral ayının 9-da keçiriləcək seçkilərlə eyni günə ona görə təyin olunub ki, əlavə vaxt və vəsait itkisinə yol verilməsin”.

"Məhz buna görə Ali Məclis belə bir qərar qəbul edib", - deyə Bəxtiyar Əsgərov vurğulayıb. 

Bəxtiyar Əsgərovun açıqlaması ilə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sözügedən sərəncamı arasında bəzi ziddiyyətlər var. Əgər parlamentə növbədənkənar seçkilər təyin olunursa, bu, avtomatik hazırki heyətin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsidir. O zaman Naxçıvan parlamentinin buraxılmaması barədə bəyanat nə anlamına gəlir? Belə çıxır ki, Naxçıvan MR Ali Məclisinə seçkilər keçiriləcək, amma yeni seçilən deputatların səlahiyyət müddəti gələn ilin noyabrından başlayacaq?  

Ola bilsin, Daimi Nümayəndəliyin rəhbəri bu açıqlama ilə parlamentdə mütləq çoxluğun növbədənkənar seçkilərlə bağlı hər hansı mövqe ifadə etmədiyinə işarə vurub. Doğrudan da Naxçıvan Ali Məclisində Azərbaycan parlamentinini buraxılması proseduru təkrarlanmayıb. Ümumiyyətlə, bununla bağlı Məclisin iclası çağırılmayıb, Prezidentin müvafiq sərəncamına münasibət ifadə olunmayıb. Vasif Talıbov Prezidentin sərəncamına istinadla, seçkilərin yenilənməsi ilə bağlı sərəncam verməklə kifayətlənib. 

B.Əsgərovun açıqlamağı zəruri hesab etdiyi bəyanatda Naxçıvan parlamentinin yeni tərkibinin necə olacağı barədə də müəyyən işarələr var. Belə ki, açıqlamada Ali Məclisin yalnız seçki qrafiklərində fərqlərin yaranmaması üçün növbədənkənar seçkilərin təyin olunduğu qeyd olunur. Yəni, dolayısıyla tərkibin dəyişməsinə zərurət olmadığı vurğulanır. Hər halda B.Əsgərovun ictimaiyyətə duyurduğu mesajdan belə nəticə çıxarmaq olar...

“AzPolitika.info”

635x100

Şərhlər

SƏY ƏVUŞ müəllim: 2019-12-12 15:08:09

X X I İKS İKS BİRİNCİ ƏSRDƏ...

Rawad 2019-12-11 22:14:18

Ewq Olsun. En duzgunu NMR den bawlayir!!

Mirzə AĞ 2019-12-11 17:38:09

LAĞLAĞI?

Son yazılar