“Piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsinlər” - Vaqif Əsədov

Dekabrın 10-da Bakıda bir gün ərzində 4 piyada vurularaq öldürülüb. Son zamanlar bu cür halların artmasına görə Daxili İşlər Nazirliyi sürücülərə və piyadalara müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bu cür bədbəxt hadisələrdən qorumaq lazımdır: “Bakı şəhəri üzrə ümumi qəzaların nisbətinə baxanda piyadaların vurulması üstünlük təşkil edir. Bu da çox ciddi həyacan siqnalının verilməsi deməkdir. 

Bu hallar bizi və Nazirlik rəhbərliyini çox ciddi narahat edir. Vətəndaşlar Yol Hərəkəti haqqında qanunun 40-cı maddəsi yaxşı öyrənilməli və tələbləri yerinə yetirməlidirlər. Tövsiyə edirik ki, yolun qaranlıq vaxtı piyadalar üzərində işıqqaytarıcı elementlər olan geyimlərdən mütləq istifadə etsinlər. Nəzərə alsaq ki, qış mövsümüdür, qaranlıq tez düşür. İkinci məsələ, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermir. Üçüncüsü, yolun hərəkət hissəsi ilə getmək olmaz. Yağışlı havada yolun hərəkət hissəsi ilə getmək isə riski daha da artırır. Çünki yağış işığı udur, bu gün piyadaların əksəriyyəti də tünd rəngli geyimlərdən istifadə edirlər. Bu rənglər də işığı udduğu üçün sürücülər onları görə bilmir.

Buna görə də piyadalar səki ilə hərəkət etməlidir, yolu piyadalar üçün nəzərdə tutulan yerlərdə keçməlidir, onların üzərində işıqqaytarıcı elementlər olmalıdır, yaxınlaşmaqda olan avtomobillər diqqət etməlidir, onların sürətini qiymətləndirməyi bacarmalıdır, yaxınlaşan avtomobilin qarşısından qaçmamalıdır, onları çaşdırmamalıdırlar. Avtomobillərin tam dayandığına əmin olub yolu keçmək üçün ona yol verdiyinə əmin olduqdan sonra yolu keçsinlər.

Sürücülərə müraciət edirik ki, işıq cihazlarından düzgün istifadə edin, tələsməyin, sürət həddinə fikir verin, yolun sağ hərəkət solağı ilə hərəkət etdikdə sürəti aşağı salın. Xahiş edirik, bu prosesdə hər kəs öz məsuliyyətini dərk etsin. Bu hadisələr bizi çox narahat edir. Hər kəsin bu təbliğata qoşulmasını istəyirik”.

635x100

Şərhlər

eloqlu 2019-12-12 03:50:45

nece yeni piyada nese qeyinsin ?))) qûlmeli hemde aqlamali

Oqtay 2019-12-11 21:38:41

Vaqif Əsədovla birinci dəfədir ki 100%razıyan.Sürücü bu vəziyyətdə nə edə bilər ə etməlidir ki əgər sən özünü vtomobilin altına atırsan .Taxsır piyadadır o öz q

Vaqif bəyə 2019-12-11 20:34:24

Bu ağılla neçə qardaşsınız?

sürücü 2019-12-11 20:27:57

Sürücü və piyadalara müraciətlə bərabər Azərişıq-a müraciət və tələb edilməlidir ki, axşam vaxtı şəhərin və rayonların küçələrinin işıqlandırılmasını təmin etsin.Əsas səbəb küçələrin sutkanın qaranlıq vaxtı işıqlandırılmaması və ya yarıtmaz işıqlandırılmasıdır.a

Sürücü 2019-12-11 19:07:51

Bu adam görəsən düşünə bilir? Piyadalar inkubator cücələridir?Belə adamı vəzifədə saxlamaq belə nəticə verər.

Perviz 2019-12-11 18:50:39

Olmaz ki piyadalar işıqqaytarıcı geyimden istifade edince siz o qeder yazdığınız cerimelerden piyada keçidlerinde zolaqları işıqlı edesiniz.

Zəfər 2019-12-11 18:38:44

Əhməd Rəcəbli küçəsi boyu çoxsaylı otellər,ticarət obyektləri,ofislər,təhsil müəssisələri fəaliyyət göstərir.Z.Bünyadov küçəsi ilə kəsişmədən başlayaraq Təbriz küçəsi ilə kəsişməyədək cəmi bir svetofor var (Fətəlixan Xoyskidə).Bu yol boyu 4-5 yerüstü piyada keçidi zolaqları var və bu keçidlərdən istifadə etmək nəinki gecələr,heç gündüzlər mümkün deyil.Belorusiyada yolda adam oldu-olmadı,maşın zolağa yaxınlaşanda hərəkəti tam dayandırır.Amma dediyim yerdə və təkcə orda yox yüksək sürətlə hərəkət edirlər.10 noyabrda da piyada keçidinin düz üstündə maşın gənc bir oğlanı vurdu.Piyadalar gücə üçün işiqəks edən paltar tapdılar,bəs gündüzlər nə etsinlər?Yaxşı olmazmı ki,zolaqların özü qaranlıqda işıq saçsın?Ya da həmin yerlərdə kameralar quraşdırılsın və vaxtaşırı yol patrul xidməti nəzarət etsin?)

Son yazılar