Tofiq Yaqublu və İlqar Məmmədov Bakıya köçürülüb

İsmayıllı hadisələrinə görə həbs edilən Müsavat başqanın müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədov Şəki İstintaq Təcridxanasından Bakıya köçürülüb.

Bu barədə Tofiq Yaqublunun qızı Nigar Yaqublu "Facebook" səhifəsində məlumat yayıb:

"Dünən gecə Tofiq Yaqublu və İlqar Məmmədov, gizlincə Bakıya köçürülüb. İlqar bəy Şüvəlana gətirilir. Ancaq Tofiq bəyin hara aparılması barədə məlumat yoxdur".

Məlumatı dəqiqləşdirmək üçün müraciət etdiyimiz Penitensiar xidmətdən Aktual.az-ın sorğusu cavablandırılıb:

"Penitensiar xidmət sualınıza cavab olaraq, bildirir ki, qanunvericiliyin tələblərinə görə, cəzanı icra edən orqan cəza çəkən şəxsin yerdəyişmələri, barəsində tətbiq olunan tənbeh tədbirləri və s. haqda məlumatları KİV-ə vermək səlahiyyətində deyil. Bu məlumatları, məhkumun razılığı ilə, yalnız onun vəkili və ailə üzvləri əldə edə bilərlər".

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə İlqar Məmmədov 7, Tofiq Yaqublu 5 il müddətinə azadlqıdan məhrum edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar