Gürcüstan parlamentində insident olub, bir neçə deputatın halı pisləşib

Gürcüstan parlamentinin iclas zalında insident baş verib."Report"un yerli bürosu xəbər verir ki, iki müxalif deputat iclas zalına mənşəyi məlum olmayan və kəskin qoxuya malik maddə səpib.

Bundan sonra bir neçə deputatın halı pisləşib. Parlamentə təcili tibbi yardım çağırılıb.

İclasda texniki fasilə elan olunub. Hazırda iclas zalında hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar