“Silahı çəkib bloka girirdim” - Brilliant

“1991-ci ildə Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətə gələn kimi birinci məni işdən çıxartdı. Ən çətin dövr idi. Məəttəl qaldım! Mən də mübarizə aparırdım. Sovetin dövründən mən “Haydi-haydi ər igidlər, birləşin daha”, Şaumyanın, XI Qızıl Ordunun heykəlinin qarşısında “baş kəsənin büstünə bax” demişəm. Bunlara görə Sovet dövründə töhmət almışam. İndi də AXC birinci məni çıxartdı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Hər şey daxil” proqramına qonaq olarkən deyib. Məşhur müğənni AXC-nin hakimiyyəti dövründə qarşılaşdığı çətinliklərdən söz açıb:

“Televiziyadan 100-150 manat maaş alırdım, çətin vəziyyət idi. Evdə balaca uşağımız var idi. Bu dövrdə məni işsiz qoydular. Daha sonra Ulu öndər Heydər Əliyev gəldi və kanalın yeni rəhbərinə tapşırıq verdi ki, AXC kimi işdən çıxarıbsa, geri çağırın. Ağlaya-ağlaya televiziyaya getdim. Açıq danışacam, Türkiyə vətəndaşı olmuşdum, artıq Azərbaycandan köçməyi planlaşdırırdım. Heydər Əliyevdən sonra bu qərardan daşındım”.

Sənətçi 90-ci illərin əvvəlində üzərində silahla gəzdiyini də etiraf edib: “O dövrdə çantamda silahla gəzirdim. Çünki binanın blokuna silahsız girmək olmazdı. Hər an bizi hər şey gözləyə bilərdi. Silahı çəkib içəri girirdim. Hər addımda qabaqkəsmək, oğurluq, adam öldürmək olurdu”.

635x100

Şərhlər

t.ədalət 2019-12-12 23:56:20

Birliyant xanımın anasının milləti nədir?Doxsanıncı illərdə onun keyfi pis deyildi.Yadımdadır rus gədələri ilə klip çəkdirir,hətta klipdə eşşək də minirdi..

Vətən sevdalı 2019-12-12 21:17:14

Xanım,Sizin adıbəlli Hacı M. münasibətiniz adamların yadından çıxmayıb ha!

inqilab 2019-12-12 20:15:14

o vaxtdan 28 il kecib indiye qeder susubda indi daniwmaqin bir adi var DEPUTATLIQ xeyali

inqilab 2019-12-12 20:14:03

o vaxtdan 28 il kecib indiye qeder susubda indi daniwmaqin bir adi var DEPUTATLIQ xeyali

lala alibekova 2019-12-12 20:03:19

siz bacilar omur boyu palatka toylarinda oxusunuz-Baki ve -kentlerinde begem palatka iwine dovlet qariwirdiki seninde pulun olmasun ,aile saxlamaga,wiriniyy elemek isteyirsen o bawqa,olkedende hacinin iwine gore qacmaq istiyurdun bunuda ves Baki daniwirdu

Aqa 2019-12-12 19:17:51

Silah indi haradadır.Burda cinayət izi var o silahla hadisə baş verməyibki.

Mirzə AĞa 2019-12-12 18:57:01

"Kimə qarşı-sonrakı iqtidarın İvanka-vstankası AXCyəmi?", sormalı.

Brilyanta 2019-12-12 18:10:29

Yalanın da ölçüsü olmazmış! Əvvəla silah sənə hardan və bu silahdan istifadəni bacarırdınmı? İkincidsi sən kim idin ki,sənə qarşı kimsəə sui-qəsd düşünsün? Boş-boş sözlərlə istəyin nədir? Əgər Türkiyə vətəndaşlığı almışdınsa burada nə edirdin? Axl Azərbaycanda ikili vətəndaşlıq olmayıb.Nİyyətini açıq yazsaydın bəlkə sənə inanan,yazığı gələn olardı.Utanmasan oynamağa nə var ki!t hans

Mirzə AĞ 2019-12-12 16:01:34

Bəs, silahı hardan almışdın?

Son yazılar