“Suriyadakı Türkiyə və Rusiya əsgərləri ABŞ-a İŞİD-dən daha təhlükəlidir” - “The New York Times”

ABŞ Müdafiə Nazirliyinin əməkdaşları bildirir ki, Tramp administrasiyasının şimali Suriya ilə münasibətdə tez-tez dəyişən strategiyası oradakı amerikalı hərbçiləri Türkiyə, Rusiya, İran və Suriya hökumətinin hərbi bölmələri, habelə onlara tabe qüvvələrin gözlənilən aktivliyindən müdafiə olunmaq üçün təcili tədbirlər görməyə məcbur edir. Hazırda amerikalı hərbçilər hesab edir ki, bu silahlı dəstələr mübarizə aparmalı olduqları İŞİD döyüşçülərindən daha böyük təhlükə kəsb edir. Bu barədə “The New York Times” məlumat verir.

Komandirlər Amerika qoşunlarına tapşırıqlar veriblər, onlara ən müxtəlif qüvvələrin hücumlarına hansı yolla reaksiya verməyi izah ediblər. Belə ki, potensial hücumçular arasında Rusiyanın dəstəklədiyi Suriyanın hökumət qoşunları da var. Onlar əvvəllər ABŞ qoşunlarının nəzarətində olan əraziləri işğal etməyə çalışıblar. Müdafiə Nazirliyindən olan mənbələrin sözlərinə görə, Pentaqondan dəqiq əmr alınmayıb.

Tramp Amerika qoşunlarının “neft yataqlarını mühafizə etmək” üçün orada iştirak etdiyini bəyan etsə də, reallıq ondan ibarətdir ki, amerikalılar əvvəlki missiyanı – İŞİD təşkilatının yerdə qalan silahlı dəstələrini təqib etməyə davam edirlər.

Oktyabrın əvvəli Amerika qoşunları geri çəkiləndə regionda qalan qoşunlar arasında hərbi sənəd yayılıb. Həmin sənəddə onları qarşıda gözləyən çətinliklər barədə xəbərdarlıq ediblər: Amerika qoşunlarının vəziyyəti daha da çətinləşib, çünki çoxsaylı rəqib qruplaşmalar və iştirakçılar tədricən yaxın ərazilərdə qüvvələrini artırıblar.

Türk qoşunları Amerikanın nəzarətində olan Suriyanın şimal bölgələrinə daxil olmadan öncə amerikalı və rusiyalı hərbçilər 3 il ərzində ölkənin bu hissəsində hərbi əməliyyatların koordinasiyasına cavab veriblər.

Lakin Türkiyə qoşunlarının hücumu orada qurulan sistemi tez bir zamanda pozub. Oktyabrın əvvəli türk qoşunlarının Türkiyə-Suriya sərhədi yaxınlığında Amerika blokpostunun yerləşdiyi bölgəni təsadüfən atəşə tutması da məhz bundan xəbər verir. Nəşrin əlinə keçən hərbi sənədlərdən birində amerikalı hərbçilər həmin atışmadan sonra yazırlar ki, türk əsgərləri “yenidən səhvə yol verə və Amerika qoşunlarının yerini nəzərə almaya bilərlər”. General Makkenzinin sözlərinə görə, hələlik Suriyanın şimalında qalan Amerika qoşunu Suriya Demokratik Qüvvələrindən olan minlərlə müttəfiq üsyançı ilə əməkdaşlıq edərək ölkənin bu hissəsində İŞİD-ə qarşı “effektiv” əks-terror əməliyyatı apara bilər. Türkiyənin hücumundan və Amerika qoşunlarının çıxarılmasından sonra meydana çıxan xaos vəziyyətində İŞİD döyüşçüləri yenidən hərəkətə keçiblər. Bununla əlaqədar ABŞ qüvvələri ötən ay yenidən terror təşkilatına qarşı əməliyyatlara başlayıblar.

Uzun müddətdir Vaşinqtonda davam edən siyasi qarışıqlıqdan və Trampın oktyabrda Türkiyənin Suriyaya hücum etməsinə razılıq verməsindən sonra məlum deyil ki, hərbi piyada maşınları ilə möhkəmləndirilən Amerika qoşunları əvvəlki kimi mübarizə aparacaq ya yox?

(Tərcümə: xarici pressa)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar