“Azərbaycanla Avropa İttifaqı arasında dialoq keçiriləcək” - Məmmədyarov

Azərbaycanla Avropa İttifaqı arasında təhlükəsizlik məsələləri üzrə dialoq keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov latviyalı həmkarı Edqar Rinkeviçslə Riqada görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dialoqun gələn həftə Bakıda keçirilməsi planlaşdırılır: “Dialoq çərçivəsində təhlükəsizlik sahəsinə aid ən müxtəlif məsələlərə dair geniş məsləhətləşmələr aparılacaq”.

Azərbaycan XİN başçısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün Latviyaya təşəkkür edib.

E. Məmmədyarov Latviya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinin zərurətindən danışıb, ölkələr arasında iqtisadi, mədəni, elmi və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinə toxunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar