"HİSS ETMİŞDİM Kİ, ONUN DÖNÜŞÜ XOŞNİYYƏTLİ DEYİL..." - "Nə prezident, nə də deputat ola bilməz"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında iki gün öncə Rusiyada yaşayan milyarder Fərhad Əhmədovun Milli Məclis üzvləri barədə dediyi aşağılayıcı fikirlərə münasibət bildirib:

"Azərbaycan Rusiya əlaqələrinin gücləndiyi bir dövrdə iqtidar təmsilçilərinin Rusiyanın müəyyən dairələrinin himayə etdiyi bu tip adamların təhqirlərinə cavab verməyə risk etmədiyini, həm də Milli Məclis üzvü kimi həmin təhqirlərin mənə də aid olduğunu nəzərə alıb bəzi məsələlərə münasibət bildirərəm. Fərhad Əhmədov Azərbaycana dönəndə mən hiss etmişdim ki, bu xoşniyyətli dönüş deyil. Çünki o, Azərbaycanın çətin vaxtlarında qeybə çəkilmiş, ölkə stabil inkişaf yoluna çıxandan sonra geri qayıtdı. Biz Azərbaycan torpaqları işğal olunanda onun etiraz səsini eşitmədik. Senator olanda da "müdrikcəsinə" susmuşdu. Əlbəttə, işğalçıları müdafiə edən ölkənin vətəndaşının bunu etməsi xüsusi cəsarət tələb edirdi. Xüsusilə də pul qazanan birisi üçün. 

Etiraz bir yana qalsın, biz onun ata-baba yurdlarından qovulmuş, acından ölməmək üçün həyat mücadiləsi verən həmvətənlərinə kiçik bir dəstək verməsini də müşahidə etmədik. Biz onu Lalə Şövkətdən və digər sadə həmvətənlərimizdən fərqli olaraq 20 Yanvar qırğını zamanı Moskvada, Azərbaycanın daimi nümayəndəliyində Heydər və İlham Əliyevlərin yanında görmədik. Hazırda o müəyyən investisiya qoyub, başqa çıxış yolu qalmayan kəndlilərdən kilosu 15 qəpiyə narı alıb, onu emal etməklə böyük pullar qazanır və onun bir hissəsini öz reklamına sərf edir.

Xatırlayırsınızsa, səhv etmirəmsə ötən il o, rus mətbuatında Qarabağ barədə məqalə yazıb, Rusiya faktorunun üstündən sükutla keçmişdi. O zaman mən müsahibələrimin birində həmin məqama toxunaraq demişdim ki, Rusiyada böyük pullar qazanan biriləri bu dərdimiz barədə heç vaxt obyektiv danışa bilməzlər və ona görə də torpaqlarımızı niyə işğaldan azad edə bilmədiyimizi yaxşı başa düşən, gərginlik içərisində yaşayan insanları qıcıqlandırmayıb sussalar daha yaxşı olar. 

Onlar siyasətdən uzaq durub, doğulduqları ölkəyə investisiya yatırmaqla, xeyriyyəçiliklə xidmət göstərib hörmət qazana bilərlər. Yox, siyasi karyera naminə qeyd etdiklərimi edəcəklərsə, ifşa olunmuş halda geri qayıtmalı olacaqlar. Bu, "Rusiyanın Qarabağ məsələsinə aidiyyatı yoxdur, o yalnız vasitəçidir" deyən digərlərinə də aiddir.

Fərhad Əhmədov ziddiyyətli açıqlaması ilə burada ürək bulandırmaqdansa, vətəndaşı olduğu ölkənin problemlərindən yazıb, çıxış yollarını göstərsə daha başa düşülən olar. O və digər emissarlar Azərbaycanda istədiklərinə heç vaxt nail ola bilməyəcəklər. 

Azərbaycan Konstitusiyasına görə xarici ölkə qarşısında öhdəliyi olan istənilən şəxs nə prezident, nə də deputat ola bilməz. Onun təhqirlərinə gəldikdə isə onu deyə bilərəm ki, böyük rus xalqının bu barədə gözəl bir misalı var: "Hər kəs məsələlərə öz tərbiyəsinə uyğun münasibət bildirir". Müdrik xalqımızın isə onun kimilər haqqında belə bir Atalar sözü var: "Öz adımı sənə qoyum, səni də yana-yana qoyum".

635x100

Şərhlər

xuraman 2019-12-14 19:24:21

Fərhad bəy rüşvətlə yox öz gücünə her şey edib sen neylemisen bütün nəslin kef edir senin adınla boş boş çıxışlarından başqa bir işini görmedik barı sus danışdıqca batırsan Ferhad bəyi tanımasamda haqqında çox gözəl şeylər eşidirəm, kaş tanımaq qismet olaydı

kamran 2019-12-13 13:12:27

Bu sözləri deməklə Qüdrət bəy Fərhaddan başqa kimin "bostanına daş atdığının " fərqindədirmi?

kamran 2019-12-13 13:09:10

. Çünki o, Azərbaycanın çətin vaxtlarında qeybə çəkilmiş, ölkə stabil inkişaf yoluna çıxandan sonra geri qayıtdı. Biz Azərbaycan torpaqları işğal olunanda onun etiraz səsini eşitmədik.

Elşad 2019-12-13 12:32:24

Guya özü dağı dağ üstə qoyub.

vətəndaş 2019-12-13 12:05:02

Fərhad Əhmədovun bir sifəti var.Həqiqəti deyən şəxsdir.

kamil 2019-12-13 00:17:24

.....bu adam size duzgun ad qoyub,

turantrans 2019-12-13 00:13:46

o adaminailesi kecen il londonda biyabircilig edib

ilqar 2019-12-12 23:05:43

sen hec olmasa o barede hec olmasa danisma rusiya haqinda dediklerini hec kim unutmayib

t.ədalət 2019-12-12 22:59:59

Qüdrət müəllim bu məsələdə çox haqlıdır.Fərhad Əhmədov və Rusiyadakı digər milyarderlərin qazandığı pulların müəyyən faizi ermənilərin silahlanmasına gedir və həmin silahlarla cəbhə xəttində bizi qətlə yetirirlər.Odur ki,belə milyarderlərin danışmağa haqqı yoxdur.

Vətən sevdalı 2019-12-12 21:00:33

Sənin, Fərhad kimi çətin yol keçən fərasətli, milli hisslərini təmiz saxlayan mərdi qınamağa heç haqqın yoxdur.

Son yazılar