Pentaqon yerüstü ballistik raketini sınaqdan keçirib

ABŞ Silahlı Qüvvələri ötən gün yerüstü ballistik raket sınağı həyata keçirib.

APA xəbər verir ki, bu barədə “TASS” agentliyinə Pentaqonun rəsmi nümayəndəsi Robert Karver bildirib.

“Müdafiə Nazirliyi 12 dekabr tarixində Sakit okean sahili vaxtı ilə 08:30-da Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından nüvə başlığı olmayan yerüstü ballistik raketin uçuş sınağını həyata keçirib. Hazırda sınağın nəticələrini öyrənməyə çalışırıq”, - Pentaqon rəsmisi belə deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar