"Senatın "erməni soyqırımı" ilə bağlı qətnaməsi Ağ Ev siyasətini əks etdirmir" - ABŞ səfiri

"ABŞ Senatı tərəfindən "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsi Ağ Ev administrasiyasının rəsmi siyasətini əks etdirmir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger deyib.

"Bu qətnamə qanunverici orqanın sənədidir. Senat bu məsələ ilə bağlı qərar qəbul edib və biz bunu nəzərə almalıyıq", - o deyib.

Səfir həmçinin ABŞ və Türkiyənin, o cümlədən NATO çərçivəsində də müttəfiq olduqlarını vurğulayıb: "Biz yaxın dost və tərəfdaşıq. Dostluğumuzu davam etdirəcəyik".

635x100

Şərhlər

Mirzə AĞ 2019-12-13 13:05:13

Bəs, "Qara ev"in suyastini əks elətdirir, yoxsa ki, ABŞ-da ikihakimiyyətlilikdir:!

Elli 2019-12-13 12:09:45

bəs nəyi əks etdirir, dostluğumu?

Son yazılar