Ləğv edilən Maliyyə Palatasına müvəqqəti icraçı təyin edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv edilərək Azərbaycan Mərkəzi Bankına birləşdirilməsi barədə dövlət başçısının fərmanından sonra Palatanın ləğv prosesi başlayıb.

Bu qərardan sonra palatanın təkcə bank deyil, maliyyə sektorunun digər sahələri (sığorta, qiymətli kağızlar) üzrə də tənzimləyici rolu AMB-yə keçib.

Artıq Palataya müvəqqəti icraçı təyin edilib. Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və icraat departamentinin Lisenziyalaşdırma və sertifikatlaşdırma idarəsinin rəisi Elnur Allahverdiyevdir.

Azərbaycan Mərkəzi Bankından isə təhvil-təslim prosesinə İdarə heyəti sədrinin müavini Alim Quliyev rəhbərlik edir. /fed.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar