Xaçmazda unikal hadisə: Müəlliməni zorla namizəd ediblər!

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 56 saylı Xaçmaz kənd Seçki Dairəsi üzrə bir şəxsin razılığı olmadan namizədliyinin verildiyi və qeydiyyata alındığı bildirilir. “AzPolitika.info” xəbər verir ki, bu barədə " Turan" agentliyinə Xaçmaz rayonu Uzunoba kəndində yaşayan Sayad İsmayılova məlumat verib.

Sayad İsmayılovanın sözlərinə görə, istəmədiyi halda bələdiyyə seçkilərində namizədliyi irəli sürülüb. Uzunoba kənd tam orta məktəbində müəllim işlədiyini deyən İsmayılovanın vurğulamasına görə, bir neçə dəfə ona namizədliyini irəli sürməsi təklif olunsa da, o, bundan imtina edib: "Lakin yenə də namizədliyimi verdilər".

Sayad İsmayılova əlavə edib ki, məsələ ilə bağlı həm İcra Hakimiyyətinə, həm də bələdiyyəyə şikayət edib: "Dəfələrlə şikayət etdik, nəticə yoxdur".

Deyilənlərlə bağlı 56 saylı Xaçmaz Dairə Seçki Komissiyasında suallara cavab verilməyib. Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli isə deyib ki, məsələ araşdırılıb əlavə məlumat veriləcək.

Şahin Əsədli bir qədər sonra da agentliyə bildirib ki, 56 saylı Xaçmaz kənd Seçki Dairəsi üzrə şəxsin razılığı olmadan onun namizədliyinin irəli sürülməsi və namizəd kimi qeydiyyata alınması ilə bağlı iddia araşdırılıb.

Onun vurğulamasına görə, Sayad İsmayılova bələdiyyə seçkilərində namizədliyini özü irəli sürüb. "Sonra isə 56 saylı Xaçmaz kənd Dairə Seçki Komissiyasına (DSK) müraciət edib və himayəsində azyaşlı uşaqların olmasını səbəb göstərərək, namizədliyindən imtina edib. DSK öz növbəsində müraciətlə bağlı müvafiq addımlarını atıb", - deyə o qeyd edib.

635x100

Şərhlər

Elli 2019-12-13 12:13:30

yazığı işə salmayın, körpə uşaqları var.

Son yazılar